İLK SOYUQ SIXIMLA ƏLDƏ OLUNAN ZEYTUN YAĞI

İLK SOYUQ SIXIMLA ƏLDƏ OLUNAN ZEYTUN YAĞI

250 ml

Uşaq qidasında zeytun yağının istifadəsi
 Zeytun yağını uşaq qidasına 6-7 aydan başlayaraq əlavə etmək olar. Ilk başda yeni qida olduğuna görə minimal olaraq 1-2 damcı (1-3qr) hazır qidaya (püre,sıyıq və s.) əlavə edilməsi məsləhətdir. Təxmini 6ay sonra həcmi yarım çay qaşığı artırmaq olar.
 Yemək və qızartmalarda zeytun yağını yetkin uşaqlar üçün istifadə etmək tövsiyyə olunur.
 Qeyd edək ki,zeytun yağında fərdi yağ turşuları ana südündə olanlara çox yaxındır. Beləliklə,süni qidaya bağlı olan uşaqlar üçün zeytun yağı çox faydalı və "təbii" olacaqdır. Yalnız ilk soyuq sıxımla əldə olunan zeytun yağının tərkibində uşaq orqanizminin böyüməsinə və harmonik inkişafına kömək edən müxtəlif elementlərin nadir balanslaşdırılmış tərkibi var. Onlar arasında uşaq orqanizmi üçün vacib olanları qeyd edək:

 

- Vitamin A,E və D       - Antioksidantlar
- Fitosterollar              - Omeqa 3
 Extra virgin zeytun yağı (soyuq sıxım) hər yaşda tamamilə təhlükəsizdir,alergik riski faktiki olaraq sıfırdır. 10 °C –dən aşağı temperaturda bulanıqlaşa bilər,bu proses tamamilə təbiidir və məhsulun keyfiyyətinə təsir göstərmir.