100%

Təbİİ

Məhsul

Məhsullar

ZEYTUN FAYDALARI

Qədim subtropik meyvə bitkisi olub, yetişdirilməsi 4 min il əvvəllərə gedib çıxan zeytun insan sağlamlığına və uzunömürlüyünə müsbət təsir göstərən məlhəm kimi də tanınır. Zeytun meyvələri yüzdən artıq aktiv maddələri özündə birləşdirir. Bu da insan orqanizminin gücünün bərpasını sürətləndirir. Zeytunun konservləşdirilmiş yaşıl meyvələri kalium duzları, fosfor, dəmir, zülal, şəkər, eyni zamanda A, B və S vitaminləri ilə zəngindir. Zeytun yağı isə bitki yağları içərisində ən sağlamı hesab edildiyindən arteriyalarda yığılaraq ateroskleroz yaradan xolestrinin miqdarını aşağı salır. Zeytun yağı digər yağlara nisbətən insan orqanizmi tərəfindən daha yaxşı mənimsənilir, həzm orqanlarına və qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir, həm qida, həm dərman və həm də işıqlandırma vasitəsi kimi istifadə edilmişdir. Müalicə üçün ağızdan alınır və ya məlhəm kimi xaricdən sürtülür. Zeytun yağının sürtülüb ovulması bədəndəki sərtlik, çiy olaraq alınması isə basil xəstəliyi üçün faydalıdır, qarın ağrılarını dindirər və qarnı yumşaldar, bağırsaq qurdlarını salır. Qatı və maye yağlar arasında həzm üçün ən asandır. Ürək və damar xəstəliklərinə yaxşı gəlir. Mədənin xoraya qarşı qorunması, sümüklərin güclənməsi, hüceyrələrin yenilənməsi kimi bir çox faydası vardır. Zeytundakı "tanen" maddəsi mikroböldürücü olduğundan, sadə yaraların və yüngül yanıqların müalicəsində istifadə olunur. Zeytun bitkisindəki E vitamini isə insan bədənini yaşlanmağa qarşı qorumaqdadır. Bütün bu faydalarına görə "Zeytun qədim dövrdən Tanrının hədiyyəsi kimi hesab edilmişdir".

Bizimlə əlaqə

Ünvan: Zirə-Pirallahı magistralı

Telefon: (+994 12) 404 25 40

E-poçt: info@ziraolives.com