İLƏ 600 TON TAM TƏBİİ MƏHSUL

BİZİM ŞİRKƏT

Azərbaycanda 2016-cı ilin mart ayından “ZİRƏ AQROPARK” Məhdud Məsuliyyətli Cəmiyyəti, elə həmin tarixdə də onun bazası əsasında fəaliyyətə başlayan “ZİRA OLİVES” - Abşeronun zümrüd boyunbağısı hesab edilən zeytun meyvəsini, onun yağını, ümumiyyətlə, bu nemətin faydasını insanlara yenidən tanıtmağı qarşısına məqsəd qoydu. Zeytun məmulatları istehsalında artıq öz sözünü deməyə başlayan şirkətin rəhbərliyinin zeytuna təkcə xammal kimi yox, həm də xalqın və ölkənin maddi - mənəvi sərvəti, adət-ənənə timsalı kimi münasibət bəsləməsi “ZİRA OLİVES”i fərqləndirən önəmli cəhətlərdən biridir.

Bu gün inamla demək olar ki, mağaza piştaxtlarında bir neçə çeşiddə yaraşıqlı qablarda gördüyümüz və “ZİRA OLİVES - Yaşıl zeytun” adı altında təqdim edilən zeytun yağları və konservləri əhalinin gündəlik tələbatına çevrilib. İnsanlar bu yağın faydasını dərk edir, mətbəxlərində onu digər yağlardan daha çox işlətməyə üstünlük verirlər. Zeytun konservləri isə süfrələrin bəzəyi, qonaqlarımızın razı qalacağı bir nemətdir.

Zeytundan alınan yağlar müxtəlif çeşiddədir. Bütün çeşidlər tərkibinə görə yüksək keyfiyyətə malikdir. Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən “Gigiyenik sertifikat”, eyni zamanda AZS Milli Sertifikatlaşdırma Sistemi, “AZGİDASERT” MMC Sertifikatlaşdırma orqanı tərəfindən “Uyğunluq sertifikatı” alan yaşıl zeytun məhsullarımız təhlükəsizlik göstəricilərinə görə laborator müayinə olunmuş, standartın tələblərinə cavab verir, saxlama şəraiti və istifadə müddətinə uyğundur.

Güvənlə söyləyə bilərik ki, ölkədə zeytun yağı və konservlərinin istehsalı ilə məşğul olan şirkətlər sırasında “ZİRA OLİVES” müəssisəsi də artıq öz sözünü deyir. Bu gün məhsullarımızı almaq istəyən müştərilərimizin və bizimlə əməkdaşlıq etmək arzusunda olan partnyorlarımızın sayı durmadan artır. Müştərilərimizə nümunə kimi Araz marketlər şəbəkəsi, Favorit, Makro marketlər şəbəkəsi, Sarı store mağazalar şəbəkəsi, Mega Store mağazalar şəbəkəsi, Rahat marketlər şəbəkəsi və Port Baku Bazar, Nabat - Confectionery Articles Global Brand, Kempinski otel, My beach, Qafqaz otelləri, Catering otel və başqalarını göstərə bilərik.

Son olaraq deyə bilərik ki, “ZİRA OLİVES” “zeytun maarifçiliyi və istehsal” prinsiplərini əldə rəhbər tutaraq bu müqəddəs və əvəzolunmaz neməti təkcə ölkə daxilində deyil, Azərbaycanın hüdudlarında da təmsil etmək, həmçinin “ZİRA OLİVES - Yaşıl zeytun”-u Azərbaycanın milli brendinə çevirmək məqsədini qarşısına qoyur.

SERTİFİKATLAR

Certificate