PURE ZEYTUN YAĞI NƏDİR?

Rafinə zeytun yağı (ing. ' Pure' ) zeytun yağının bir digər növüdür. Bəs Pure zeytun yağı necə əldə edilir? - Pure zeytun yağı, zeytun yağının rafinə edilməsindən əldə olunur. Zeytun meyvəsindən sıxılan yağ rafinə makinasından keçirilir, daha sonra isə qum və kağız filterlərdən keçirilərək ətri və dadı yüngülləşdirilir. Qeyd edilən proseslər əsnasında yağa heç bir kimyəvi müdaxilə edilmir. Qatqılardan istifadə edilmir. Əsasən qızartmalar üçün çox uyğundur, isti yeməklərdə istifadə edilə bilər. Yalnız, salatlar və ya bir başa istehlak üçün məsləhət görülmür. Soyuq sıxım zeytun yağının ( extra virgin) sərt qoxusu və acı dadını sevməyənlər üçün rafinə zeytun yağı mükəmməl seçimdir.

SOYUQ SIXIM ZEYTUN YAĞI NƏDİR?

"Soyuq sıxım" termini, zeytun yağı istehsalı zamanı, zeytun xəmirinin istiliyi maksimum 27°C olduğu istehsal prosesində istifadə olunur. .Zeytun meyvəsi içərisində çoxlu miqdarda mineral və vitaminlər ehtiva edən bir meyvədir. Bu səbəblə də zeytun yağının istehsal edilmə prosesi, onun keyfiyyətini müəyyən edən çox vacib bir amildir. .Zeytun yağı hansı üsulla istehsal edilirsə edilsin, əsasən 3 prosesdən istifadə edilir. 1- Zeytunların qırılması; 2- Xəmirin yoğrulması; 3- Yağın ayrılması

RİVİERA ZEYTUN YAĞI NƏDİR?

Zeytun meyvəsindən sadəcə birinci növ zeytun yağı deyil, eyni zamanda bir neçə prosesdən keçərək əldə edilən digər növ zeytun yağı da vardır. Bəs zeytun yağının Riviera adlanan bu növü necə əldə edilir? - Zeytun meyvəsindən sıxılan yağ yəni, xam zeytun yağı zavodumuzda mövcud olan müasir avadanlıqlarda əl dəymədən, keyfiyyət xüsusiyyətləri yaxşılaşdırılaraq istehlaka uyğun hala gətirilir. Bunun üçün sadəcə iki prosesdən keçən zeytun yağı ilk olaraq qum filterdən keçirilərək rəngi açılır, daha sonra istənilməyən acı dadı, kəskin qoxusu və turşuluq səviyyəsi rafinə edilərək azaldılır. Bu proses zamanı heç bir qatqı maddəsi və ya kimyəvi qatqılardan istifadə edilmir. Bütün bu proseslərin sonunda yüngül dadı və ətri olan rafinə zeytun yağı əldə edilmiş olur. Əldə edilmiş rafinə zeytun yağı müəyyən miqdarda birinci soyuq sıxım zeytun yağı ilə qarışdırılır və sonda Riviera zeytun yağı istehsal edilmiş olur. Yüngül dadı və ətrinə görə əsasən salatlarda, yeməklərdə, qızartmalarda istifadə edilir.

TƏBİİ ZEYTUN YAĞI DONMALIDIR?

İstehlakçılar arasında keyfiyyətli, təbii zeytun yağı donmalıdır kimi inanc vardır. Lakin zeytun yağının donub yaxud donmaması zeytun yağının keyfiyyətindən xəbər verə bilməz! Zeytunun növü, yığılma zamanı və yetişdiyi ərazi zeytun yağının donub, donmamasına təsir edən əsas amillərdir. Doğrudur aşağı temperaturda zeytun yağı donma xassəsinə malikdir, 4-5 dərəcədə bulanıqlaşır, 0 dərəcədə isə donur. Otaq temperaturunda normal halına qayıdır, lakin bu keyfiyyətinə təsir etmir. Amma nəzərə almaq lazımdır ki, tərkibi donma xassəsi olan müxtəlif bitki yağları ilə qarışıq zeytun yağları vardır. Bu yağlar müəyyən aşağı dərəcə temperaturda donur. Bunlara misal olaraq palma və pambıq yağlarını qeyd etmək olar. Zeytun yağının keyfiyyətini yalnız laboratoriya yoxlamaları əsasında müəyyən etmək olar.

ZEYTUN ÇOX YAXŞI DƏMİR MƏNBƏYİDİR

Sadəcə bir stəkan zeytun böyük bir dəmir tərkibinə malikdir - 4.4 mq. Dəmir zeytunlarda, xüsusən də qara zeytunda çox yüksəkdir. Qırmızı qan hüceyrələrinin bədənə oksigen daşıma qabiliyyəti qanda dəmir varlığından asılıdır. Dəmir çatışmazlığı zamanı, toxumalarımız kifayət qədər oksigen almır, bu səbəblə özümüzü soyuq və ya zəif hiss edə bilərik. Dəmir enerji istehsalında da mühüm rol oynayır. Dəmir katalazı bir sıra fermentlərin, o cümlədən dəmir peroksidaz və sitoxrom fermentlərinin zəruri hissəsidir. Hər şeyin öhdəsindən gəlmək üçün, immunitet sisteminin düzgün işləməsi kifayət qədər miqdarda dəmirdən asılıdır.